"Çempionlar Liqasında davam etməyə layiq deyilik" Xavi

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "İnter"lə oyunun (3:3) nəticəsindən danışıb.

Newsport.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, ilk hissənin əla keçdiyini deyib: "Yaxşı hücum etdik və Pedri və Qavi ilə yarımmüdafiədə yaxşı işləyərək “İnter”ə əziyyət çəkdirdik. İkinci hissədə çox səhv etdik. Çempionlar Liqasında səhvlər baha başa gəlir. Biz xarakterlə mübarizə aparmağa çalışdıq, amma evdə “İnter”i məğlub edə bilmirsənsə, Çempionlar Liqasında irəliləməyə layiq deyilsən. Bilirik ki, artıq heç nə bizim əlimizdə deyil. Çempionlar Liqasında davam etməyə layiq deyilik. Çox az ümid var. Mən məşqçiyəm və oyunçularım səhv etdikdə cavab verməliyəm. Biz daha çox konsentrasiya olmalı idik, amma ikinci hissəyə yanlış münasibət göstərdik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right