Klopp: "Bir pivə də içsəm, sərxoş olacağam"

" Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turundca  Qlazqoda "Reyncers"ə 7:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, o, bu qələbənin oktyabrın 16-da "Mançester Siti" ilə Premyer Liqa matçı öncəsi komandaya yaxşı təsir etdiyini deyib: “Mançester Siti ilə oyun öncəsi əhval-ruhiyyə dəyişdi, bu dəqiqdir. İndi hər şey tamamilə fərqlidir. Biz adətən səfər oyunlarından sonra pivə içirik. Amma mən uzun müddət pivə içmişəm və yəqin ki, birini də içdikdən sonra sərxoş olacağam!

Bu bazar günü "Enfild"də kimi qəbul edəcəyimizi hamımız yaxşı bilirik. Tamamilə fərqli oyun olacaq, bunun fərqindəyik. Ancaq yenə də belə bir matça hər hansı digər oyundansa, bugünkü əhval-ruhiyyə ilə yanaşmaq daha yaxşıdır.

Eyni zamanda, 7:1 hesabından lazım olandan artıq nəsə çıxarmırıq. Bu, konkret nəticədir. Biz bura yeddi qol vurmaq fikri ilə gəlməmişik. 2:1 hesabı ilə qalib gəlsəydik də, sevindən göyün yeddinci qatında olardım. İndi biz bərpa oluruq və növbəti oyuna hazırlaşırıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right