Türkiyənin "Başakşehir" klubunda yeni müqavilə qeydə alınıb.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Ömer Ali Şahinerin sözləşməsinin müddətini uzadıb. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat verib.
30 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayına kimi "Başakşehir"in şərəfini qoruyacaq. Müqavilə tərəflərin razılığı əsasında daha 1 il müddətinə uzadıla bilər.
Qeyd edək ki, Ömer Ali Şahiner "Başakşehir"ə 2021-ci ilin yanvar ayında "Konyaspor"dan transfer olunub. Təcrübəli oyunçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 13 matçda 1 qol ötürməsi ilə yadda qalıb.