"Real"ın müdafiəçisi "El Klasiko"da maska ilə oynayacaq

UEFA Çempionlar Liqası qrup mərhələsinin dördüncü turunun "Şaxtyor"la matçında zədələnən "Real"ın futbolçusu Antonio Rüdigerin durumu bəlli olub.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın son dəqiqəsində bərabərlik qolunu vuran zaman rəqib qapıçı ilə toqquşan almaniyalı müdafiəçinin durumu ciddi deyil.

29 yaşlı futbolçu da heç bir sümük sınığı aşkarlanmayıb. Təcrübəli müdafiəçi həftəsonu "Barselona" ilə "El Klasiko"da oynaya biləcək. Rüdiger meydana üzü üçün hazırlanmış xüsusi maska ilə çıxacaq.

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması 16 oktyabr tarixində, Bakı vaxtilə saat 18:15-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right