Ulduz futbolçu dünya çempionatını buraxa bilər

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

 

Newsport.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Anxel Di Mariya sıradan çıxıb. 34 yaşlı vinger Çempionlar Liqası qrup mərhələsinin 4-cü turunun "Makkabi" (Hayfa) ilə matçında (0:2) zədələnib.

 

Argentina millisinin üzvünün təxminə 40 gün yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur. Təcrübəli futbolçu DÇ-2022-ni buraxa bilər.

 

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right