Ançelotti Mbappe haqda "Cavab vermək istəmirəm"

“Real”ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin futbolçusu Kilian Mbappenin mümkün transferi ilə bağlı sualı cavablandırıb.

Newsport.az xəbər verir ki, italyan mütəxəssis “RMC Sport”a açıqlamasında deyib:

“Mbappe yanvarda gələcəkmi? Bunu soruşmaq üçün kifayət qədər cəsarətlisiniz... Cavab vermək istəmirəm. Cavab vermək məcburiyyətində deyiləm".

Qeyd edək ki, Kilian Mbappenin qış transfer pəncərəsində Paris klubunu tərk etmək istədiyi barədə xəbərlər yayılıb. Fransalı hücumçunun adı əsasən “Liverpul” və “Real”la hallanır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right