“Real”dan Çempionlar Liqasında yeni rekord

İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Newsport.az xəbər verir ki, Madrid təmsilçisi buna ÇL-in qrup mərhələsinin 4-cü turunda Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına qarşı keçirdikləri səfər oyununda (1:1) nail olub.

İspaniya çempionu tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. “Real” iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır.

Madridlilər yalnız 1996/97 mövsümündə pley-offda iştirak edə bilməyib. Buna İspaniya nəhənginin həmin mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəb olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right