"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda əməliyyat olunub.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi tviter hesabında bildirib.

Yaponiyalı oyunçu dizindən əməliyyat edildiyini diqqətə çatdırıb: "Tezliklə qayıdacağam. Mümkün qədər uzun müddət oynamaq istəyirəm".

Qeyd edək ki, hazırda azad agent olan Keysuke Honda son olaraq Litvanın "Suduva" klubunda çıxış edib. Yarımmüdafiəçi 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right