Almaniyanın “Leypsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi Norveç yığmasının qapıçısı Oryan Nilandı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin iyun ayına qədər olan müqavilə imzalanıb.
Xatırladaq ki, “Leypsiq”in əsas qapıçısı Peter Qulaçi bir neçə gün öncə ağır zədə alıb. Onun ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalması proqnozlaşdırılır. Bu üzdən də Bundesliqa təmsilçisi yeni qapıçı transfer etmək məcburiyyətində qalıb.
Niland son olaraq İngiltərənin “Ridinq” klubunun formasını geyinib. O, bu ilin 1 iyulunda sözügedən klubdan ayrılandan bəri azad agent statusu daşıyırdı. Qapıçı karyerası ərzində “Bornmut”, “Aston Villa”, “İnqolştadt”, “Molde” və “Hodd” klublarının da formasını geyinib, Norveç yığmasında 40 oyuna çıxıb.