Fransa klubu erməni məşqçini istefaya göndərdi

Fransanın "Brest" klubunda baş məşqçi istefası gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi Mişel Ter-Zakaryanla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Erməni mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. Belə ki, "Brest" Fransa çempionatında 10 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Mişel Ter-Zakaryan 2021-ci ilin iyun ayından "Brest"in baş məşqçisi vəzifəsini icra edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right