UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" (Zaqreb) doğma meydanda "Zaltsburq"u qəbul edir.
Bakı vaxtilə saat 23:00-da start götürəcək qarşılaşmada komandaların meydana çıxacağı heyətlər məlum olub. Mahir Emreli görüşə ehtiyat oyunçular skamyasında başlayacaq.