FİFA bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün klublara 209 milyon ABŞ dolları ödəyəcək.
Newsport.az-ın məlumatına görə, bu, futbolçusu mundialda iştirak edən klublara şamil olunacaq.
Rəsmi hazırlıq dövrü daxil olmaqla, oyunçuların yarışda qaldığı hər gün üçün təzminat nəzərdə tutulub.
DÇ-2022 zamanı yığmada olan hər oyunçu üçün gündəlik 10 min ABŞ dolları veriləcək. Məbləğ futbolçunun dünya çempionatınadək iki il ərzində oynadığı bütün klublara ödəniləcək.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.