Ançelotti: "Bu məsələni həll etmək istəyirik"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"la (Donetsk) keçiriləcək görüşlə bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, o deyib: "Futbolçular yaxşılaşmalıdırlar, onların yorğunluğunu qiymətləndirəcəyik. Qələbə qazanmaq üçün düzgün heyəti meydana çıxaracağam. Pley-offa çıxmaq şansımız var, ona görə də bu məsələni həll etmək istəyirik. Bu vacibdir.

Qrupdan çıxmaq mövsümün ilk hədəfidir. Nə qədər tez bir o qədər yaxşıdır. Bu, daxili yarışlar üçün sizə daha çox enerji verəcək. Ancaq yadda saxlamaq lazımdır ki, Çempionlar Liqasında "Real" ciddi oynamamaq barədə düşünə bilməz. Bu turda qrupdan çıxa bilsək, qarşıdakı iki görüşdə də qələbə qazanmaq üçün oynayacağıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Şaxtyor" - "Real" görüşü saat 23:00-da başlayacaq. 9 xalla qrup lideri olan Madrid klubu bu oyunda qələbə qazanacağı təqdirdə, pley-off vəsiqəni vaxtından əvvəl təmin edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right