"Messini "Barselona"ya qaytarmaq çətin olacaq" İnyesta

"Barselona"nın keçmiş futbolçusu Andres İnyesta sabiq komanda yoldaşı Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışından danışıb.

Newsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "La Gazetta dello Sport"a açıqlamasında hazırda PSJ-də çıxış edən futbolçunu geri qaytarmağın çətin olacağını bildirib:

"Futbolda heç vaxt nəyisə dəqiq deyə bilməzsən. Amma Messini qaytarmaq çətin olacaq".

Qeyd edək ki, "Barselona"nın Messini 2023-cü ildə yenidən heyətinə cəlb etmək istədiyi, PSJ-nin isə argentinalı ilə müqaviləni artırmaq niyyətində olması haqda xəbərlər yayılıb.

Hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən İnyesta 2002-2018, Messi isə 2003-2021-ci illərdə "Barselona"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right