"Bavariya"nın müdafiə xəttində problem

"Bavariya"nın iki əsas müdafiəçisi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Viltoriya" (Plzen) ilə keçiriləcək oyunu buraxacaq.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bunlar Matteys de Liqt və Alfonso Deyvisdir. Hər iki oyunçu zədə səbəbindən meydana çıxmayacaq. Onlar Bundesliqanın 12-ci turunda Dortmund "Borussiya"sı ilə oyunda sıradan çıxıb.

Daha əvvəl isə koronavirusa yoluxan Camal Musialanın Çexiya klubu ilə oyunu buraxacağı açqıalanmışdı.

Qeyd edək ki, oktyabrın 12-də keçiriləcək "Viktoriya" - "Bavariya" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right