"Bavariya"nın iki əsas müdafiəçisi Çempionlar Liqası oyununu buraxacaq

Almaniyanın "Bavariya" klubunun iki əsas müdafiəçisi Çexiyada "Viltoriya" (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununu buraxacaq.

Newsport.az-ın məlumatına görə, Matteys de Liqt və Alfonso Deyvis zədə səbəbindən meydana çıxmayacaq.

Hər iki oyunçu Dortmund "Borussiya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri Bundesliqanın XII tur matçında sıradan çıxıb. Serj Qnabrinin isə qarşılaşmada iştirakı sual altındadır.

Qeyd edək ki, oktyabrın 12-də keçiriləcək "Viktoriya" - "Bavariya" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right