"Olimpiakos"un müdafiəçisi Şime Vrsalko Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"a qarşı oyunda iştirak edə bilər.
Newsport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Xorvatiya millisinin üzvü Superliqanın son turunda OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda xəstəlik səbəbindən buraxsa da, artıq komandaya qoşulub.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq. Komandalar arasında Yunanıstanda keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.