"Arsenal"ın futbolçuları maraqlı addım atıblar.
Newsport.az saytının məlumatına görə, keçən il 52 klub tərəfindən homoseksuallara dəstək vermək üçün başladılan “Göyqurşağı bağları” adlı kampaniyaya dəstək verən Teo Ualkott, Olivier Ciru, Çemberlen, Mikel Arteta və Santi Kazorla diqqət çəkəcək bir video ərsəyə gətiriblər. Belə ki, bütün futbolçuları rəngli ayaqqabı bağı geyinməyə dəvət edən futbolçuların hərəsi bir cümlə ilə homoseksuallara dəstək verdi:
Ualkott: “Luis Hamiltona oxşadığım həqiqətini dəyişdirə bilmərəm”
Arteta: “Saçlarımın möhtəşəm görünüşünü dəyişdirə bilmərəm”
Kazorla: “Boyumu dəyişdirə bilmərəm”
Çemberlen: “Ninja tısbağalara oxşadığım həqiqətini dəyişdirə bilmərəm”
Ciru: “Parlaq olduğumu dəyişdirə bilmərəm”