Premyer Liqa klubunda ciddi itki DÇ-2022-ni də buraxacaq

İngiltərənin “Vulverhempton” klubu ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Pedro Neto sıradan çıxıb.

O, Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan “Vest Hem”lə səfər matçında (0:2) zədə almışdı. Müayinələrdən sonra 22 yaşlı forvardın zədəsinin ciddi olduğu müəyyənləşib. Portuqaliyalı futbolçunun topuğundan aldığı zədə səbəbindən əməliyyat olunacağı bildirilib.

Portuqaliya yığmasının da üzvü olan oyunçunun bərpa müddəti açıqlanmayıb. Amma onun DÇ-2022-də iştirak etməyəcəyi dəqiqdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right