Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək. Newsport.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutacaq.
F qrupunda ÇL-in sonuncu qalibi “Real” Polşada Donetsk “Şaxtyor”unu məğlub etsə, adını 1/8 finala yazdıracaq.
G qrupunda “Mançester Siti” Danimarkada “Kopenhagen”ə, Dortmund “Borussiya”sı isə Almaniyada “Sevilya”sına qalib gələcəyi təqdirdə, sona 2 tur qalmış pley-offa yüksələcək.
H qrupunda da 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşə bilər. İtaliya “Yuventus”u İsraildə Hayfa “Makkabi”sinə uduzsa, PSJ (Fransa) – “Benfika” (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su evdə “Zalsburq”la qarşılaşacaq. E qrupunun digər matçında isə “Çelsi” “Milan”ın qonağı olacaq.
Bu turun qalan 8 oyunu oktyabrın 12-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
11 oktyabr
E qrupu
23:00. Milan (İtaliya) – Çelsi (İngiltərə)
23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Zalsburq (Avstriya)
Xal: Zalsburq – 5. Çelsi – 4. Milan – 4. Dinamo – 3.
F qrupu
23:00. Seltik (Şotlandiya) – Leypsiq (Almaniya)
23:00. Şaxtyor (Donetsk, Ukrayna) – Real (İspaniya)
Xal: Real – 9. Şaxtyor – 4. Leypsiq – 3. Seltik – 1.
G qrupu
20:45. Kopenhagen (Danimarka) – Mançester Siti (İngiltərə)
23:00. Borussiya (Dortmund, Almaniya) – Sevilya (İspaniya)
Xal: Mançester Siti – 9. Borussiya – 6. Kopenhagen – 1. Sevilya – 1.
H qrupu
20:45. Makkabi (Hayfa, İsrail) – Yuventus (İtaliya)
23:00. PSJ (Fransa) – Benfika (Portuqaliya)
Xal: PSJ – 7. Benfika – 7. Yuventus – 3. Makkabi – 0.