Rusiyalı futbolçu həbs edildi

Rusiyanın "Rubin", "Arsenal"(Tula) və "Mordoviya" klublarındakı çıxışı ilə tanınan Ruslan Muxametşin həbs edilib.

Newsport.az-ın məlumatına görə, son vaxtlar məşqçilik fəaliyyəti ilə məşğul olan Muxametşin qanunsuz qumar oyunlarının təşkilinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq müəyyən edib ki, veteran futbolçu 3 şəriki ilə birlikdə 2017-ci ilin noyabrından 2020-ci ilədək Kovılkine və Saransk şəhərlərində icarəyə götürülmüş qeyri-yaşayış binasında qanunsuz qumar oyunları həyata keçirib. 

Muxametşin son olaraq "Everest" klubunu çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right