"Atletiko" Qrizmannı "Barselona"dan aldı

"Atletiko" "Barselona"dan icarəyə götürdüyü Antuan Qrizmannı birdəfəlik transfer edib.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı hücumçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Madrid təmsilçisi keçidə görə 20+4 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Qrizmann 2021-ci ilin yayından icarə əsasında "Atletiko"da oynayır. O, 2014-2019-cu illərdə də bu komandanın formasını geyinib. Fransalı oyunçu 2019-cu ildə 120 milyon avroya "Barselona"ya transfer olunmuşdu. Qrizmann bu mövsüm "Atletiko"nun heyətində 11 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right