Premyer Liqa klubunun futbolçusu 24 yaşında karyerasını bitirdi

İngiltərənin "Brayton" klubunda çıxış edən Enok Mvepu 24 yaşında peşəkar karyerasını başa vurub.

 

Newsport.az xəbər verir ki, yarımmüdafiəçi ürəyində olan problemə görə bu qərarı verib. Zambiyalı futbolçu sosial şəbəkə hesabında etdiyi paylaşımda həkimlərin məsləhəti ilə karyerasını bitirdiyini bildirib.

 

Qeyd edək ki, Enok Mvepu "Brayton"a 2021-ci ilin yayında "Zaltsburq"dan transfer olunub. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right