Ulduz futbolçu dünya çempionatını buraxa bilər

"Roma"nın futbolçusu Paulo Dibala sıradan çıxıb.

 

Newsport.az xəbər verir ki, argentinalı forvard A Seriyasının 9-cu turunun "Leççe" ilə matçında (2:1) zədələnərək meydanı tərk edib.

 

Qarşılaşmadan sonra paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo Dibalanın durumu haqda danışıb. O, 28 yaşlı hücumçunun durumunun yaxşı olmadığını bildirib:

 

"Dibalanın zədəsinin ciddi olduğunu düşünürdüm. Onunla danışdıqdan sonra daha da pis olduğunu düşünürəm".

 

Argentina yığmasının üzvünün noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq dünya çempionatını buraxmaq ehtimalı var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right