Haaland sirrini açıqladı:"Ürək və qaraciyər kimi ətlər yeyirəm"

"Mançester Siti"nin hücumçusu Erlinq Braut Haaland uğurlu performansının sirrini açıqlayıb.

 

Newsport.az xəbər verir ki, norveçli forvard xüsusi qidalanma üsulundan danışıb. 22 yaşlı qolçu ət yediyini bildirib:

 

"İnsanlar ət yeməyin pis bir şey olduğunu deyirlər. Amma onların nəzərdə tutduğu nədir? Əgər ət yemək istəyirəmsə, "fast food" restoranlarına getmirəm, ürək və ya qaraciyər kimi ətləri yeyirəm. Bunun sayəsində B vitamini, dəmir və fosforu birbaşa qəbul edirəm".

 

Qeyd edək ki, Erlinq Haaland cari mövsümdə "Mançester Siti"nin heyətində meydana çıxdığı 13 matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right