Futbol üzrə Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Herta” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Bu heç-heçədən sonra xalını 18-ə yüksəldən “Frayburq” turnir cədvəlində ilk pillədə qərarlaşıb. Bu tur səfərdə “Ştutqart”la qarşılaşan 17 xala malik “Union Berlin” məğlub olsa, frayburqlular turu lider kimi başa vuracaqlar.
“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında Bakıdakı matç noyabrın 3-də keçiriləcək.