Futbol üzrə Almaniya 3-cü liqasında 11-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Oldenburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” 11 turdan sonra 9 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.