Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "Milan"la matçında (3:0) zədələnən "Çelsi"də müdafiəçi Uesli Fofananın son durumu məlum olub.
Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, dizindən xəsarət alan 21 yaşlı müdafiəçi azı 6 həftə meydana çıxa bilməyəcək.