“Tottenhem”in məşqçisi vəfat etdi

“Tottenhem”in məşqçisi Campyero Ventrone vəfat edib. Newsport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
 
İngiltərə klubunun fiziki hazırlıq üzrə çalışdırıcısı 62 yaşında ölüb. İtaliyalı mütəxəssisin ölümünə leykemiya səbəb olub. Xəstəlikdən əziyyət çəkən məşqçi Neapolda vəfat edib.
 
Ventrone İtaliyada “Yuventus”, “Kataniya”, Çində “Szyansu Sunini” və “Quançjou” klublarında çalışıb. O, 2021-ci ilin oktyabrından “Tottenhem”də fəaliyyət göstərirdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right