Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
 
Newsport.az-ın məlumatına görə, azarkeşlərin səsverməsinə əsasən, bu ada Almaniya "Leyptsiq"indən Andre Silva layiq görülüb.
 
27 yaşlı hücumçu evdə Şotlandiyanın "Seltik" komandasına 3:1 hesabı ilə qalib gəldikləri matçda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right