Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın idman gimnastikası üzrə dördqat Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Paseka ölkəsini tərk edib.
 
Newsport.az-in məlumatına görə, 27 yaşlı atlet bu barədə sosial şəbəkə hesabında bildirib.
 
Paseka hazırkı dönəmdə Rusiyada özünü inkişaf etdirə bilməyəcəyini vurğulayıb.
 
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyası 2022-ci ilin sonunadək Rusiya təmsilçilərinin yarışlarda iştirakına qadağa qoyub. Mariya Paseka 2012-ci ildə London Olimpiadasında gümüş və bürünc, 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iki bürünc medal qazanıb. Gimnast ikiqat dünya və üçqat Avropa çempionudur.
 
Daha əvvəl Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat Olimpiya çempionu Anastasiya Davidova da ölkəni tərk edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right