FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin futbolçusu Namik Əlskərova görə Türkiyənin "Bursaspor" komandasına transfer qadağası qoyub.

Newsport.az II liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna klubun müqavilə şərtlərini yerinə yetirməməsi və oyunçuya olan borcunu tam ödəməməsi səbəb olub.

Qərara əsasən, "Bursaspor" qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, Namik Ələskərov 2021/2022 mövsümündə Türkiyə klubunun formasını geyinib. Komanda II liqaya düşdükdən sonra futbolçu azad agent kimi "Sabah"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right