Konteni hirsləndirən futbolçu “Axmaq deyiləm, xal itirmək istəmirəm”

“Tottenhem”in baş məşqçisi Antoni Konte müdafiəçi Mett Dohertini tənqid edib.

Newsport.az-ın məlumatına görə, Konte, irlandiyalı futbolçuya görə xal itirmək istəmədiyini deyib:

“Doherti keçən mövsüm hər oyunda iştirak etdi. İndi onu meydana buraxmağı lazım bilmirəm. Mən axmaq deyiləm, xal itirmək istəmirəm”.

Doherti 2022/23 mövsümündə “Tottenhem”in heyətində bütün yarışlarda 3 oyun keçirib. O, bütün matçlarda meydana sonradan çıxıb.

30 yaşlı müdafiəçinin klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right