“Arsenal” yarımmüdafiəçisi Bukayo Saka ilə yeni müqavilə imzalamaq istəyir.
Newsport.az-ın məlumatına görə, “topçular” ona həftəlik 230 min avro maaşla müqavilə təklif etmək niyyətindədir. 21 yaşlı ingilis futbolçu baş məşqçi Mikel Arteta üçün də vacib oyunçudur.
Saka 7 yaşından “Arsenal”da oynayır. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqa və Avropa Liqasında 9 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2024-cü ildə başa çatır.