Türkiyənin tanınmış futbol şərhçisi və aparıcısı Ertem Şener ARB24 kanalında yayımlanan “Oyundankənar” verilişində “Qarabağ” klubuna olan sevgisindən danışıb.
Newsport.az-ın məlumatına görə, Azərbaycan futboluna, xüsusilə Ağdam təmsilçisinə rəğbət bəslədiyini bildirən Şener, hazırda “Eyyüpspor” klubunda çıxış edən oğlunun gələcəkdə Azərbaycanda – “Qarabağ”da, “Neftçi”də çıxış etməsini istədiyini bildirib.