Messidən 24-cü oyununda 24-cü qol

Avropa superkubokunda "Sevilya" ilə görüş "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu hazırda davam edən matçın 7 və 16-cı dəqiqələrində dublla yadda qalıb.

Bununla da, Messi "Sevilya" ilə ardıcıl 6-cı matçında fərqlənməyi bacarıb. 28 yaşlı futbolçu son 6 görüşdə Sevilya təmsilçisinə 10 qol vurub ki, bunlardan 8-i La Liqa oyunlarına təsadüf edib.

Qeyd edək ki, Messi bütün turnirlər daxil olmaqla "Sevilya"ya qarşı keçirdiyi 24 görüşdə 24 dəfə rəqib qapısına yol tapıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right