Levandovski Bundesliqa ilə La Liqanı müqayisə etdi

Yay transfer pəncərəsində "Bavariya"dan "Barselona"ya keçən Robert Levandovski İspaniyadakı həyatı haqqında danışıb və Bundesliqa ilə La Liqanı müqayisə edib.

Newsport.az "Mundo Deportivo"ya istindən xəbər verir ki, 34 yaşlı hücumçu deyib:

“Burada - İspaniyada azarkeşlər texniki aspektləri Bundesliqadakından daha çox qiymətləndirirlər. Mən həmişə La Liqada oynamaq istəyirdim. İspaniyada yaşamaq mənim arzum idi. Bu, təkcə idman baxımından belə deyil. İndi özümü yenilənmiş hiss edirəm".

Qeyd edək ki, Levandovski bu mövsüm 9 matçda 12 qol vurub və 2 qolun ötürməsini verib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right