Messini geridə qoydu

İngiltərə Premyer Liqasının 8-ci turunda "Mançester Yunayted"lə oyun "Mançester Siti"nin futbolçusu Fil Foden üçün əlamətdar olub.

Newsport.az "Opta"ya istinadən xəbər verir ki, o, görüşdə het-trikə imza atıb. Nəticədə Foden Xosep Qvardiolanın baş məşqçiliyi altında 50-ci qolunu vurub. 22 yaş 127 günlüyündə olan yarımmüdafiəçi Qvardiola ilə 50 qol həddinə çatan ən gənc futbolçu adını qazanıb. İndiyədək ən yaxşı nəticə Lionel Messiyə məxsus idi. O, 22 yaş 164 günlüyündə olarkən "Barselona"nın heyətində Qvardiolanın baş məşçiliyi altında 50-ci qolunu vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right