“Vulverhempton” klubu baş məşqçi Bruno Lageni istefaya göndərib.
Newsport.az-ın məlumatına görə, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
“Bruno və onun heyətinə klubda işləyərkən göstərdikləri bütün səylərə görə təşəkkür etmək istəyirik və onlara ən yaxşısını arzulayırıq”, – klubun məlumatında deyilir.
Mövsümün əvvəlində “canavarlar” 8 matçda cəmi 1 qələbə qazanıb.
“Vulverhempton” bu yay heyətini gücləndirmək üçün 100 milyon funt-sterlinq xərcləyib.
Komanda Premyer Liqada növbəti matçını oktyabrın 8-də səfərdə “Çelsi”yə qarşı keçirəcək.