"Olimpiakos" "Qarabağ"la oyundan öncə qələbə qazandı

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.

 

Newsport.az-ın məlumatına görə, Miçel Qonsalesin baş məşqçi olduğu komanda VI turda "Atromitos"u qəbul edib. 

 

Qarşılaşma Pirey təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 45+2-ci və 68-ci dəqiqələrdə Sedrik Bakambu vurub. 

 

Xallarının sayını 11-ə çatdıran "Olimpiakos" ikinci pillədə qərarlaşıb. 

 

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right