Mahirin komandası 4 qolla qalib gəldi

Zaqreb "Dinamo"su Xorvatiya çempionatında XI turun oyununda "Slaven Belupo" ilə üz-üzə gəlib.

 

Newsport.az-ın məlumatına görə, paytaxtın "Maksimir" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

 

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo"nun ehtiyat oyunçular skamyasında yer alsa da, sonadək meydana çıxmayıb.

 

Bu qələbədən sonra "Dinamo" xalını 31-ə çatdıraraq, liderliyini möhkəmlədib. "Slaven Belupo" isə 17 xalla 4-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right