Alman azarkeşlərdən iranlı qadınlara dəstək

“Bayern” azarkeşləri Almaniya Bundesliqasının 2022/2023 mövsümünün 8-ci turunun “Bayer”lə oyununda (4:0) İrandakı qadınlara dəstək nümayiş etdirib.

Newsport.az-ın məlumatına görə, bu, matçın 61-ci dəqiqəsində “Bayer”in iranlı hücumçusu Sərdar Azmunun meydana çıxmasından sonra baş verib. 

Azmunun meydana çıxmasından sonra Münhen klubunun azarkeşləri üzərində “İranda feminist inqilabına həmrəylik” yazılmış böyük pankart açıblar.

İrandakı etiraz aksiyası hicabını guya düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanılan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right