“Aston Villa”da daha bir ciddi itki DÇ-ni buraxacağı dəqiqləşdi

Futbol üzrə Fransa millisinin və İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Bubakar Kamara uzun müddətə sıradan çıxıb.

Newsport.az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan “Sauthempton”la oyunda (1:0) zədələnən oyunçunun diz bağlarından aldığı xəsarətin ciddi olduğu müəyyənləşib.

Tibbi müayinədən sonra 23 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Onun hətta bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak etməyəcəyi məlum olub.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Xatırladaq ki, “Aston Villa”da daha öncə digər mərkəz müdafiəçisi Dieqo Karlos da uzun müddətə sıradan çıxmışdı. Bu komandanın cinah müdafiəçiləri Lukas Din və Metti Keş də zədəlidir və sabah Premyer Liqanın 9-cu turu çərçivəsində keçiriləcək “Lids”lə səfər matçını buraxacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right