Futbol üzrə Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Maynts”la qarşılaşıb. Üç qolun qeydə alındığı matçda “Frayburq” 2:1 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə xalını 17-yə yüksəldən “Frayburq” turnir cədvəlində “Union Berlin”lə şərikli lider olub.
“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında Bakıdakı matç noyabrın 3-də keçiriləcək.