Polşa çempionatında 11-ci turun oyunları start götürüb.
Newsport.az-ın məlumatına görə, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) növbəti oyununu keçirib.
Plotsk təmsilçisi "Pyast"ı qəbul edib. Krivotsyukun komandası 1:0 qalib gəlib.
Start heyətində meydana çıxan Anton əvəzedilmədən oynayıb.
"Visla" 11 turdan sonra 20 xalla 18 komanda arasında liderdi.