Ukrayna millisinin üzvü "Roma"ya keçir

"Atalanta" və Ukrayna millisinin üzvü Ruslan Malinovski yayda komandasını dəyişəcək.

Newsport.az-ın məlumatına görə, "Roma" ukraynalını transfer etmək üçün indidən hərəkətə keçib.

"Canavarlar" 2023-cü ilin yayında azad agent statusuna yiyələnəcək Malinovskini yola gətirmək üçün ona yüksək maaş təklif edəcək. 29 yaşlı futbolçunun İtaliyanın paytaxtına köçmək niyyətində olduğu bildirilir.

​“Şaxtyor”, “Sevastopol”, “Zorya”, “Genk” klublarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildən “Atalanta”da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right