"Nant"ın qapıçısı "Qarabağ"la oyunu xatırladı: "Harada səhv etdiyimizi bilirik"

Fransanın “Nant” qapıçısı Alban Lafont komandasının son məğlubiyyətlərindən danışıb.

Newsport.az-ın məlumatına görə, “Liga 1”ə danışan qapıçı Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”a uduzduqları matçı da xatırlayıb:

“Çempionat matçında “Loryen”lə (2:3), Avropa Liqasında isə “Qarabağ”la görüşdə (0:3) çox qol buraxdıq. Bütün bunlar passivliyimizdən irəli gəlirdi. Doğrudu, itkilərimiz də var idi. Bunları da nəzərə almaq olar.

​Belə vəziyyətlərdə təbii ki, qollar buraxacağıq. Qolkiper mənəm və ona görə də hər şey məndən başlayır. Müdafiəmizə  daha çox kömək etməliyəm. Əsas odur ki, bu oyunlarda harada səhv etdiyimizi bilirik. Səfər matçlarında qalib gəlməyi öyrənməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right