"Olimpiakos"un yeni transferi "Qarabağ"la matçda debüt edə bilər

Yunanıstanın "Olimpiakos" klubunun yeni qapıçısı Aleksandros Paşalakis Avropa Liqasının G qrupunun 3-cü turunun “Qarabağ”la görüşündə debüt edə bilər.

Newsport.az-ın məlumatına görə, o, zədə səbəbindən uzun müddətə sıradan çıxan əsas qolkiper Tomaş Vaçliki əvəz etmək üçün komandaya dəvət edilib.

Pirey təmsilçisindən Paşalakisin AL oyunlarında meydana çıxması üçün sifariş ediləcəyi bildirilib. Onlar Vaçlikin minimum 30 günlük sıradan çıxmasından sonra bu haqqa sahib çıxıb. UEFA isə belə olan halda, cari mövsüm heç bir komandada oynamayan yeni qolkiperin sifariş edilməsinə icazə verir.

Yunanıstan Superliqasının növbəti turunda “Atromitos”la qarşılaşacaq "Olimpiakos"un qapısını isə Paşalakis deyil, 19 yaşlı Kostas Tzolakis qoruyacaq.

"Olimpiakos" - "Qarabağ" oyunu oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right