Nazarov qol vurdu, komandası qələbə qazandı

Almaniya 3-cü Bundesliqasında 10-cu turun oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ertsebirge" doğma meydanda "Meppen"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Nazarov 45+5-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

Xallarını 6-ya yüksəldən "Ertsebirge" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right