"Olimpiakos" daha bir futbolçusunu itirdi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un heyətində növbəti itki baş verib.

Newsport.az-ın məlumatına görə, Yunanıstan klubunun yarımmüdafiəçisi Xames Rodriqes sıradan çıxıb. 30 yaşlı vinger Kolumbiya millisinin Meksika ilə keçirdiyi yoldaşlıq oyununda (3:2) zədələnib.

"Olimpiakos"un qapıçısı Tomaş Vatslik, müdafiəçilər Panayotis Retsos və Usseynu Ba da zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq. Marselonun isə oynayıb-oynamayacağı dəqiq deyil.

Qeyd edək ki, "Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right